Bakıda bıçaqlanan gənc oğlanın üzərində 6 saat cərrahi əməliyyat aparılıb

Bakıda bıçaqlanan gənc oğlanın üzərində 6 saat cərrahi əməliyyat aparılıb İnsident Qaradağ rayonunda baş verib
Hadisə
7 Sentyabr , 2017 06:09
Bakıda bıçaqlanan gənc oğlanın üzərində 6 saat cərrahi əməliyyat aparılıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 1988-ci il təvəllüdlü Səmədov Telman Mehman oğlu 5-ci massiv adlanan ərazidə naməlum şəxs tərəfindən bıçaqlanıb.

O, ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, T.Səmədovun üzərində 6 saat tibbi cərrahi əməliyyat aparılıb. Hazırda onun vəziyyəti sabit-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi