Bakıda bıçaqlanma hadisəsi baş verib

Bakıda bıçaqlanma hadisəsi baş verib Hadisəni törədən şəxs saxlanılıb
Hadisə
12 Oktyabr , 2017 07:19
Bakıda bıçaqlanma hadisəsi baş verib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bakıda yanacaqdoldurma məntəqəsində orta yaşlı kişi bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, "Xaqani" yanacaqdoldurma məntəqəsinin ərazisində 1982-ci il təvəllüdlü Ələkbərov Xəyal Ramiz oğlu tanımadığı şəxslə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı X.Ələkbərov bıçaqlanıb. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Fakt Nərimanov Rayon Polis İdarəsində araşdırılır. Nərimanov RPİ-dən verilən məlumata görə, hadisəni törədən şəxs (hələlik adı açıqlanmır) saxlanılıb.

***

"Xaqani" yanacaqdoldurma məntəqəsinin növbə rəisi Azər İsmayılov "Report"a bildirib ki, məntəqə ərazisində ötən gecə bıçaqlanma hadisəsi baş verməyib. 


Son xəbərlər

Orphus sistemi