Yuxarı

​Bakıda bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Özbəkistan vətəndaşının məhkəməsi başlayıb

Məhkəmənin baxış iclası oktyabrın 21-nə təyin edilib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Özbəkistan vətəndaşı Tahir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report" xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 21-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin yanvar ayında baş verib. Daxili İşlər Nazirliyinin (DİN) yaydığı xəbərə görə, yanvarın 16-da Ramana qəsəbə sakinləri Saleh Məmmədov və İbrahim Əliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib. Sabunçu Rayon Polis İdarəsinin (RPİ)12-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən aparılan tədbirlərlə S.Məmmədova xəsarətin Özbəkistan vətəndaşı Tahir Əliyev tərəfindən, İ.Əliyevə isə xəsarətin S.Məmmədov tərəfindən yetirilməsi müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində T.Əliyev tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi