Bakıda bibisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda bibisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası noyabrın 21-nə təyin edilib
Hadisə
14 Noyabr , 2016 11:20
Bakıda bibisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bibisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Cavidan Seyfullayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 21-nə təyin edilib.

Qeyd edək ki, cinayət hadisəsi bu ilin may ayının 8-də Xətai rayonunda baş verib. Rayonun M.Hadi küçəsində naməlum şəxs Masallı rayon sakini Musa Nurullayevi bıçaqla qətlə yetirib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Masallı rayon sakini, əvvəllər məhkum olunmuş C.Seyfullayev tutulub.

Xatırladaq ki, qətlə yetirilmiş M.Nurullayev C.Seyfullayevin bibisi oğludur.

Son xəbərlər

Orphus sistemi