Bakıda bibisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi ekspertizaya göndərilib

Bakıda bibisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi ekspertizaya göndərilib Proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb
Hadisə
12 Dekabr , 2016 18:02
Bakıda bibisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi ekspertizaya göndərilib
Report.az

Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bibisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Cavidan Seyfullayevin cinayət işi üzrə məhkəməsinin növbəti iclası keçirilib.

“Report”un xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib.

O, çıxışında müvəkkilinin hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğunu bildirib. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin barəsində Məhkəmə-Psixiatrik Ekspertizanın təyin edilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edərək, C.Seyfullayevin cinayət işinin ekspertizaya göndərilməsi barədə qərar çıxarıb.

Proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Qeyd edək ki, cinayət hadisəsi bu ilin may ayının 8-də Xətai rayonunda baş verib. Rayonun M.Hadi küçəsində naməlum şəxs Masallı rayon sakini Musa Nurullayevi bıçaqla qətlə yetirib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Masallı rayon sakini, əvvəllər məhkum olunmuş C.Seyfullayev tutulub.

Xatırladaq ki, qətlə yetirilmiş M.Nurullayev C.Seyfullayevin bibisi oğludur.

Son xəbərlər

Orphus sistemi