Bakıda bibisi oğlunu qətlə yetirən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakıda bibisi oğlunu qətlə yetirən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası iyunun 21-nə təyin edilib
Hadisə
10 İyun , 2017 12:11
Bakıda bibisi oğlunu qətlə yetirən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 10 iyun. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində bibisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Cavidan Seyfullayev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

“Report”un məlumatına görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyunun 21-nə təyin edilib.

Qeyd edək ki, cinayət hadisəsi ötən il mayın 8-də Xətai rayonunda baş verib. Rayonun M.Hadi küçəsində naməlum şəxs Masallı rayon sakini Musa Nurullayevi bıçaqla qətlə yetirib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Masallı rayon sakini, əvvəllər məhkum olunmuş C.Seyfullayev tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Seyfullayev 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Xatırladaq ki, qətlə yetirilmiş M.Nurullayev C.Seyfullayevin bibisi oğludur.

Son xəbərlər

Orphus sistemi