Bakıda bibisi oğlunu qətlə yetirən şəxs apellyasiya şikayəti verib

Bakıda bibisi oğlunu qətlə yetirən şəxs apellyasiya şikayəti verib İşə hakim Rizvan Səfərovun sədrliyi ilə baxılacaq
Hadisə
6 İyun , 2017 09:24
Bakıda bibisi oğlunu qətlə yetirən şəxs apellyasiya şikayəti verib

Bakı. 6 iyun. REPORT.AZ/ Bakıda bibisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Cavidan Seyfullayev barəsində olan hökmdən apellyasiya şikayəti verib.

“Report”un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas iyunun 7-nə təyin edilib.

İşə hakim Rizvan Səfərovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, cinayət hadisəsi ötən ilin may ayının 8-də Xətai rayonunda baş verib. Rayonun M.Hadi küçəsində naməlum şəxs Masallı rayon sakini Musa Nurullayevi bıçaqla qətlə yetirib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Masallı rayon sakini, əvvəllər məhkum olunmuş C.Seyfullayev tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Seyfullayev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, qətlə yetirilmiş M.Nurullayev C.Seyfullayevin bibisi oğludur.

Son xəbərlər

Orphus sistemi