Bakıda beynəlxalq yükdaşıma xidmətinin direktor müavini dələduzluq edib

Bakıda beynəlxalq yükdaşıma xidmətinin direktor müavini dələduzluq edib Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır
Hadisə
18 Yanvar , 2017 16:39
Bakıda beynəlxalq yükdaşıma xidmətinin direktor müavini dələduzluq edib

Bakı. 18 yanvar. REPORT.AZ/ Bakıda beynəlxalq yükdaşıma xidmətinin Bakı ofisinin direktor müavini dələduzluq edib.

"Report"un xəbərinə görə, bu barədə "Tern Transport and Trading” MMC-nin direktoru Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Mübariz Süleymanov hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edib.

M.Süleymanov qeyd edib ki, şirkətin direktor müavini vəzifəsində işləyən 1985-ci il təvəllüdlü Əziz Rahtarı 30 000 manat dəyərində olan 15 ədəd yük konteynerini mənimsəyib.

Qeyd edək ki, "Tern Transport and Trading” MMC beynəlxalq yükdaşıma xidməti ilə məşğuldur. Şirkət dünyanın 7 ölkəsində ofisi fəaliyyət göstərir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi