Bakı. 17 noyabr. REPORT.AZ/ Bakıda yük maşını aşıb. "Report"un məlumatına görə, hadisə Bakı dairəvi yolunda - "Sədərək" ticarət mərkəzinin yaxınlığında baş verib. Qəza zamanı betonqarışdıran maşın döngədə idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Hadisədən sonra ərazidə avtomobillərin sıxlığı yaranıb.
Hazıra polis əməkdaşları qəzanın fəsadlarını aradan qaldırmaq istiqamətində işlərini davam etdirirlər.