Bakı. 21 noyabr. REPORT.AZ/ Bakıda beş gün əvvəl qadın piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub.
"Report" xəbər verir ki, bu barədə
Belə ki, Suraxanı rayon Polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 16-da Əntiqə Quliyevanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Rəhim Rəhimov saxlanılıb.