Bakıda beş dəfə məhkum olunmuş şəxsə hökm oxunub

Bakıda beş dəfə məhkum olunmuş şəxsə hökm oxunub Bakı. 31 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Kamal Fərhadov, Səyavuş Şəfiyev, Ramil Quliyev və Elçin Aslanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
31 Oktyabr , 2018 16:08
Bakıda beş dəfə məhkum olunmuş şəxsə hökm oxunub
Report

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Kamal Fərhadov, Səyavuş Şəfiyev, Ramil Quliyev və Elçin Aslanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Aslanov 11 il, S.Şəfiyev 9 il, K.Fərhadov 10 il, R.Quliyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib

İttiham aktına əsasən, E.Aslanov 2017-ci il mayın 12-də S.Şəfiyevlə birlikdə Qəbələ rayonunda yaşayan Çiçək Məmmədovanın mal tövləsinə gizlicə girərək orada gizləniblər. Bir gün sonra, mayın 13-də ev sahibi evdən çıxdıqdan sonra tövlədən çıxaraq evə giriblər və oradan 3 min manatlıq qızıl üzük və boyunbağı götürüblər.

Son xəbərlər

Orphus sistemi