Yuxarı
    Bağlamaq

    ​Bakıda bələdiyyəyə məxsus avtomobil yanıb

    Hadisə paytaxtın Sabunçu rayonunda baş verib

    Bakı. 3 oktyabr. REPORT.AZ/ Günorta saatlarında Bakının Sabunçu rayonunda bələdiyyəyə məxsus markası məlum olmayan minik avtomobili yanıb.

    "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın avtomobilin salonunda baş verib.

    Maşının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi