Bakı. 3 iyul.
"Report"un məlumatına görə, tədbir Azərbaycan və Belarusun dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Belarusun Azərbaycandakı səfiri Qennadiy Axramoviç çıxış edərək iki ölkə arasında əlaqələrin uğurlu inkişafından danışıb. O bildirib ki, Belarus dövləti çoxşaxəli xarici siyasət yürüdür və bir çox münaqişələrin həll olunmasına yardım edir. Səfir qeyd edib ki, Belarus Azərbaycanla əlaqələrə böyük önəm verir və həmişə Azərbaycana arxalana bilər.
Tədbirdə çıxış edən Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov Azərbaycan xalqı və dövləti adından Belarus xalqını milli bayram münasibəti ilə təbrik edib, sülh və əminamanlıq arzulayıb. Dağlıq Qarabağ münaqişəsindən danışan Y.Eyyubov Belarus hökumətinə bu münaqişə ilə bağlı ədalətli mövqeyinə görə təşəkkür edib.