Bakı. 10 noyabr. REPORT.AZ/ Bakıda bazarın qarşısında avtomobil piyadanı vurub
"Report"un xəbərinə görə, hadisə Nizami rayonunda baş verib.
"8-ci kilometr bazarı"nın qarşısında yolun digər tərəfinə keçmək istəyən 1968-ci il təvəllüdlü Əbilhəsənov Həsən Əbülhəsən oğlunu "Mercedes" markalı minik avtomobili vurub. Yaralı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.