Bakıda bayker motosikleti aşıraraq ağır xəsarət alıb

Bakıda bayker motosikleti aşıraraq ağır xəsarət alıb Qəzaya yüksək sürət səbəb olub
Hadisə
20 yanvar 2018 03:52
Bakıda bayker motosikleti aşıraraq ağır xəsarət alıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Bakının Yasamal rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, 1992-ci il təvəllüdlü Salayev Rahil Əlirəhman oğlu idarə etdiyi motosikletlə Nəriman Nərimanov prospektində yüksək sürətlə hərəkətdə olan zaman onu aşırıb.

Nəticədə sürücü kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi