Bakıda baş verən yol qəzasında elektrik xətləri zədələnib

Bakıda baş verən yol qəzasında elektrik xətləri zədələnib Avtomobilin arxa hissəsi 110 kilovotluq elektrik xəttini zədələyib
Hadisə
27 Yanvar , 2015 22:12
Bakıda baş verən yol qəzasında elektrik xətləri zədələnib

BAKI. 27 yanvar. REPORT.AZ/ Bakının Suraxanı rayonunda yük maşını sürücüsünün ani diqqətsizliyi qəzaya səbəb olub.

“Report”un məlumatına görə, hadisə Qaraçuxur-Suraxanı yolunda qeydə alınıb.

Qəza zamanı sürücü Ağayev Ramin Rəfael oğlu "Şaqman" markalı maşın ilə yol kənarında yük boşaldan zaman avtomobilin arxa hissəsi havadan keçən 110 kilovotluq 2-ci Suraxanı elektrik xəttini zədələyib.

Qəzadan sonra avtomaşına və elektrik xətlərinə ziyan dəyib.

Hadisədən sonra əraziyə Abşeron Regional Elektrik Şəbəkəsinin mütəxəssisləri cəlb olunub. Qeyd edək ki, hadisədən sonra ətraf qəsəbələrin bir hissəsinə elektrik enerjisinin verilişi dayandırılsa da, sonradan qəza aradan qaldırılıb. Hadisə ilə bağlı araşdırma başlanıb.

Sürücü Ramin Ağayev isə izahatın alınması üçün polis bölməsinə aparılıb.

Qəzanın səbəbəri və dəyən ziyanın miqdarı araşdırmalardan sonra məlum olacaq.

Son xəbərlər

Orphus sistemi