Bakıda baş verən kütləvi zəhərlənmə ilə bağlı istintaq davam edir

Bakıda baş verən kütləvi zəhərlənmə ilə bağlı istintaq davam edir Fakta görə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb
Hadisə
13 Yanvar , 2016 12:01
Bakıda baş verən kütləvi zəhərlənmə ilə bağlı istintaq davam edir

Bakı. 13 yanvar. REPORT.AZ/ Bakı Şəhər Prokurorluğu Bakıda baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

Prokurorluqdan "Report"a verilən məlumata görə, dekabrın 28-də saat 20 radələrində paytaxtın Ziya Bünyadov prospektində yerləşən “Bakı Tikinti Konstruksiyaları” ASC-nin həyətində fiziki şəxs Elçin Rəhimov tərəfindən icarəyə götürülmüş metal qəbulu məntəqəsinin ərazisində metal tullantısı kimi qəbul edilmiş dəmir balondan qaz sızması nəticəsində yaxınlıqdakı taxta sexinda fəhlə işləyən Rzaağa Heydərov, Yaşar Xancanov, Yusif Kərimov, Rövşən Əbdülhəmidov, Xaqani Nurəliyev, Pərviz Əbdülhəmidov və Cabbar Əliyevin zəhərlənərək xəstəxanaya yerləşdirilmələri barədə hüquq mühafizə orqanlarına daxil olan məlumat əsasında Nərimanov Rayon Prokurorluğunun, Rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, digər zəruri tədbirlər yerinə yetirilib. Zərərçəkmiş şəxslərə xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Fakta görə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb. 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi