Yuxarı
    Bağlamaq

    ​Bakıda baş verən kütləvi dava ilə bağlı rəsmi məlumat yayılıb

    Kişi bıçaqla arvadını vurub

    Bakı. 23 iyul. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda baş verən kütləvi dava ilə bağlı rəsmi məlumat yayıb. “Report”un xəbərinə görə, rəsmi açıqlamada bildirilib ki, iyulun 23-də saat 15 radələrində paytaxtın Nizami rayonu ərazisində fəaliyyət göstərən “Meridian” şadlıq sarayının yaxınlığında Sənan Əli oğlu Quliyev ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı üstündə gəzdirdiyi bıçaqla arvadı Vüsalə Vüqar qızı Hüseynovanı qəsdən öldürmək məqsədilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib, sonuncu aldığı xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilib.

    Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilib və digər təxirəsalınmaz zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam ödürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, həmin cinayətin törədilməsində şübhəli bilinən S.Quliyev tutularaq istintaqa cəlb edilib.

    Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi