Bakıda baş verən avtobus qəzası ilə bağlı cinayət işi başlanıb

Bakıda baş verən avtobus qəzası ilə bağlı cinayət işi başlanıb Bakı. 1 oktyabr. REPORT.AZ/ Bakıda baş verən avtobus qəzası ilə bağlı cinayət işi başlanıb.
Hadisə
1 Oktyabr , 2018 16:54
Bakıda baş verən avtobus qəzası ilə bağlı cinayət işi başlanıb
0 : 00
0 : 00

Bakı. 1 oktyabr. REPORT.AZ/ Bakıda baş verən avtobus qəzası ilə bağlı cinayət işi başlanıb.

“Report”un xəbərinə görə, faktla bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, bu gün Binə-Koroğlu istiqamətində hərəkətdə olan 160 saylı marşurut xətti ilə içərisi sərnişinlə dolu avtobus hərəkətdə olan yük qatarının yoluna çıxıb. Bu zaman yük qatarı avtobusu vurub. Qəza nəticəsində 1 azyaşlı ölüb, azı 34 nəfər xəsarət alıb.

Hafiz Heydərov

Son xəbərlər

Orphus sistemi