Yuxarı

Bakıda barda kütləvi dava olub, bıçaqlananlar var

Bakıda barda kütləvi dava olub, bıçaqlananlar var
Nizami Rayon Polis İdarəsindən bildirilib ki, dava zamanı 5 nəfər bıçaq xəsarəti alıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Bakıda barda kütləvi dava olub.

"Report" xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

Nizami Rayon Polis İdarəsindən "Report"a verilən məlumata görə 8-ci kilometr qəsəbəsində yerləşən barda baş vermiş kütləvi dava zamanı 5 nəfər xəsarət alıb.

Belə ki, kütləvi dava zamanı 1987-ci il təvəllüdlü Eyvazov Əfqan Həsrət oğlu (sol qolunun kəsilmiş yarası), 30 yaşlı Əsədova Esmira Telman qızı (təpə nahiyəsinin kəsilmiş yarası) və Mirzəyeva Türkan (hər iki qolunun kəsilmiş yarası) aldığı xəsarətlərlə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, bıçaq xəsarəti almış daha 2 nəfər Nizami rayonu ərazisində yerləşən poliklinikalardan birinə aparılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları hadisənin baş verdiyi gecə klubuna cəlb edilib. İki nəfər şübhəli şəxs kimi saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi