Bakıda bankomatı sındıran qadınlar tutulub

Bakıda bankomatı sındıran qadınlar tutulub “Bank VTB” ASC-yə məxsus Bakıxanov filialından Baş Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub
Hadisə
16 May , 2016 11:53
Bakıda bankomatı sındıran qadınlar tutulub

Bakı. 16 may. REPORT.AZ/ Bakıda bankomatın ekranının şüşəsini sındıran qadınlar tutulub.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, mayın 15-də saat 04.00-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisindəki “Bank VTB” ASC-yə məxsus Bakıxanov filialından Baş Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən orada quraşdırılan bankomatın ekran şüşəsinin sındırılması müəyyən edilib. Bankomatın qarşısında dayanan əllərində daş olan Bakı şəhər sakinləri Almaz Muradova və Elmira Muradova saxlanılaraq 13-cü Polis Bölməsinə təhvil veriliblər.

Son xəbərlər

Orphus sistemi