Bakıda banklardan birindən oğurluq etmək istəyən şəxs tutulub

Bakıda banklardan birindən oğurluq etmək istəyən şəxs tutulub Bakı. 23 may. REPORT.AZ/ Nəsimi rayonunda banklardan birinin filialının giriş qapısını sındıraraq oğurluq etmək istəyən şəxs mühafizə polisləri tərəfindən tutulub.
Hadisə
23 May , 2018 12:32
Bakıda banklardan birindən oğurluq etmək istəyən şəxs tutulub
0 : 00
0 : 00

Bakı. 23 may. REPORT.AZ/ Nəsimi rayonunda banklardan birinin filialının giriş qapısını sındıraraq oğurluq etmək istəyən şəxs mühafizə polisləri tərəfindən tutulub.

DİN-dən "Report"a verilən məlumata görə, Nazirliyin Baş Mühafizə İdarəsinin qüvvə və texniki vasitələrlə qorunan obyektlərin, eləcə də xüsusi mülkiyyətlərin təhlükəsizliyi etibarlı şəkildə təmin olunur. Bunun sübutu kimi bir neçə gün əvvəl Nəsimi rayonu A.Məhərrəmov küçəsində yerləşən banklardan birinin filialından oğurluğa cəhdin qarşısının mühafizə polisi tərəfindən alınmasını nümunə göstərmək olar.

Belə ki, gecə saatlarında Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan bankın filialından Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. İdarənin əməkdaşları dərhal operativ reaksiya göstərərək hadisə yerinə çıxıb və bankın giriş qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərən şəxs hadisə yerində saxlanılaraq aidiyyəti üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə təhvil verilib. Şöbədə şəxsiyyəti müəyyənləşdirilən zaman onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əhməd Zeynalov olduğu müəyyən edilib. Onun əlindəki idman çantasına baxış keçirilərkən müxtəlif ölçüdə olan küt alətlər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Qeyd edək ki, saxlanılan şəxsin banka hücumu və qapını sındıraraq oğurluq etmək məqsədi ilə içəri daxil olmaq cəhdi obyektin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Göstərilən faktla bağlı başlanan araşdırmalar və müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi