Bakıda banka basqın olub

Bakıda banka basqın olub Fakt üzrə araşdırmalar davam etdirilir
Hadisə
18 Yanvar , 2018 15:27

Bakı. 18 yanvar. REPORT.AZ/ “Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub.

“Report”un xəbərinə görə, hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb.

Məlumata görə, əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib.

Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi