Bakıda banka basqın edib müştərini girov götürən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib

Bakıda banka basqın edib müştərini girov götürən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib Bakı. 10 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nazim Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
10 İyul , 2018 15:08
Bakıda banka basqın edib müştərini girov götürən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib
0 : 00
0 : 00

Bakı. 10 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nazim Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında N.Məmmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən il “Turan Bank” ASC-nin Yasamal filialında baş verib. O, bankda müştəri olan 1967-ci il təvəllüdlü Səriyyə Nəcəfovanın arxasına keçib və bıçağı onun boğaz nahiyəsinə dirəyib. Həmin şəxs xəzinədarlıqdan pul verilməsini, əks halda qadını öldürəcəyini deyib. Bu zaman mühafizə siqnalizasiyası işə düşüb və hadisə yerinə polis əməkdaşları cəlb edilib. Polis əməkdaşları həmin şəxsi tərksilah edərək tutub. Həmçinin ondan soyuq silah hesab edilən bıçaq götürülüb.

Araşdırma zamanı həmin şəxsin paytaxtın Yasamal rayon sakini, 1967-ci il təvəllüdlü Məmmədov Nazim Novruz oğlu olduğu müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi