Bakıda bank hesabından pul oğurlayan şəxs saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 28-də V.Əhmədovun bank hesabından 500 manat pul oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş F.Qənbərli saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.