Bakıda bank hesabından oğurluq edən şəxs saxlanılıb

Bakıda bank hesabından oğurluq edən şəxs saxlanılıb Bakı. 14 yanvar. REPORT.AZ/ Polis əməkdaşlarının operativliyi sayəsində bank hesabından oğurluq edən şəxs saxlanılıb.
Hadisə
14 Yanvar , 2019 11:30
Bakıda bank hesabından oğurluq edən şəxs saxlanılıb
0 : 00
0 : 00

Bakı. 14 yanvar. REPORT.AZ/ Polis əməkdaşlarının operativliyi sayəsində bank hesabından oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan qadın yanvarın 3-də bank hesabından 5405 manatının çıxarılaraq oğurlandığını bildirb.

Məlumatla əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini Ramil Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi