Bakıda bahalı geyimlərin satıldığı mağazada başlayan yanğın söndürülüb - YENİLƏNİB - 1

Bakıda bahalı geyimlərin satıldığı mağazada başlayan yanğın söndürülüb - YENİLƏNİB - 1 Xəsarət alan olmayıb
Hadisə
22 Avqust , 2017 14:51
Bakıda bahalı geyimlərin satıldığı mağazada başlayan yanğın söndürülüb - YENİLƏNİB - 1

Bakı. 22 avqust. REPORT.AZ/ Bakının Neftçilər prospektilə ilə Yusif Məmmədəliyev küçəsinin kəsişməsində yerləşən geyim mağazada başlayan yanğın söndürülüb. 

Fövqəladə Hallar Nazirliyindən "Report"a bildirilib ki, mağazanın divar üzlükləri yanıb.

"İlkin ehtimala görə yanğın qısaqapanmadan baş verib. Yanğın 30-35 kvadrat mert ərazini əhatə edib. Mağazaya ciddi ziyan dəyməyib. Xəsarət alan da yoxdur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğın qısa zaman ərzində söndürülərək qonşu mağazalara keçməsinin qarşısı alınıb", -deyə nazirliyin məlumatında vurğulanıb.  


*** 14:14

İlkin məlumata görə, yanğın kondisionerdəki qısaqapanmadan baş verib.

Yanğın zamanı xəsarət alan olmayıb.


*** 13:55

Bakıda bahalı geyimlərin satıldığı mağazaların yerləşdiyi binada yanğın başlayıb.

“Report” xəbər verir ki, yanğın hadisəsi Neftçilər prospekti ilə Yusif Məmmədəliyev küçəsi 1 ünvanının kəsişməsində fəaliyyət göstərən “Dolce & Gabbana” mağazasında qeydə alınıb.

Daha sonra isə “GUCCİ” mağasına keçib. Mağazalarda satılan geyimlər küçəyə çıxarılıb. 

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının qarşısını almaq üçün tədbirlər görülür.  

Son xəbərlər

Orphus sistemi