Bakıda bağlı qapı arxasında qalan azyaşlı aidiyyəti üzrə təhvil verilib

Bakıda bağlı qapı arxasında qalan azyaşlı aidiyyəti üzrə təhvil verilib Hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb
Hadisə
14 Aprel , 2015 23:10
Bakıda bağlı qapı arxasında qalan azyaşlı aidiyyəti üzrə təhvil verilib

Bakı. 14 aprel. REPORT.AZ/ Bakı şəhərinin Sabunçu rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalın.

"Report"un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Xilasedicilər mənzilin qapısını açaraq azyaşlını aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:42-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi