​Bakıda bacısının nişanlısını öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

​Bakıda bacısının nişanlısını öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
20 Fevral , 2016 12:21
​Bakıda bacısının nişanlısını öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 20 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində bacısının nişanlısını qətlə yetirməkdə təqsirləndirilən Cavadov Elvin Elşən oğlu barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. E.Cavadovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2015-ci ilin fevral ayında Sabunçu rayonu ərazisində, Maştağa-Zabrat şossesində yerləşən Yeni Yaşayış massivində baş verib. Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Cavadov Elvin Elşən oğlu aralarında yaranan münaqişə zəminində bacısının nişanlısı, 1991-ci il təvəllüdlü Abdullayev Habil Aslan oğlunu qətlə yetirib. İlkin məlumata görə, qətlə yetirilən H.Abdullayev nişanlısı ilə gedibmiş. O, qızın atası E.Cavadovdan nişanlısı ilə görüşmək üçün icazə istəyib. Qızın qardaşı E.Cavadov isə buna etiraz edib. Mübahisə zəminində o, bacısının nişanlısına kəsici və ya deşici alətlə vurub, ürək nahiyəsindən xəsarət alan 24 yaşlı gənc dünyasını dəyişib. E.Cavadov polisə könüllü təslim olub. O, ifadəsində bacısının nişanlısını onların evinə tez-tez gəldiyi üçün öldürdüyünü bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Cavadov 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayətiylə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi