Yuxarı

Bakıda ​bacısının nişanlısını öldürən şəxsə hökm oxunub

Elvin Cavadov 13 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda bacısının nişanlısını qətlə yetirməkdə təqsirləndirilən Elvin Elşən oğlu Cavadovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Cavadov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin fevral ayında Sabunçu rayonu ərazisində, Maştağa-Zabrat şossesində yerləşən Yeni Yaşayış massivində baş verib. Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Elvin Elşən oğlu Cavadov aralarında yaranan münaqişə zəminində bacısının nişanlısı, 1991-ci il təvəllüdlü Habil Aslan oğlu Abdullayevi qətlə yetirib. İlkin məlumata görə, qətlə yetirilən H.Abdullayev nişanlısı ilə gedibmiş. O, qızın atası E.Cavadovdan nişanlısı ilə görüşmək üçün icazə istəyib. Qızın qardaşı E.Cavadov isə buna etiraz edib. Mübahisə zəminində o, bacısının nişanlısına kəsici və ya deşici alətlə vurub, ürək nahiyəsindən xəsarət alan 24 yaşlı gənc dünyasını dəyişib. E.Cavadov polisə könüllü təslim olub. O, ifadəsində bacısının nişanlısını onların evinə tez-tez gəldiyi üçün öldürdüyünü bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi