Bakıda bacısını öldürməkdə təqsirləndirilən şəxsə 17 il həbs cəzası verilib

Bakıda bacısını öldürməkdə təqsirləndirilən şəxsə 17 il həbs cəzası verilib Emin Çobanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb
Hadisə
28 Noyabr , 2016 17:31
Bakıda bacısını öldürməkdə təqsirləndirilən şəxsə 17 il həbs cəzası verilib

Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Emin Çobanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Çobanov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi bu il mayın 26-da Nərimanov rayonu Faiq Yusifov küçəsi bina 36, mənzil 42 ünvanında baş verib. Səhər saatlarında E.Çobanov münaqişə zəminində bacısı Rübabə Çobanovaya mətbəxdən götürdüyü bıçaqla bir neçə zərbə vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Cinayət baş verən əraziyə gələn polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu müvafiq ekspertiza təyin ediblər. Keçirilən əməliyyat tədbirləri nəticəsində E.Çobanov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi