Bakıda bacısını öldürən şəxsin kassasiya şikayəti təmin edilməyib

Bakıda bacısını öldürən şəxsin kassasiya şikayəti təmin edilməyib Bakı. 18 yanvar. REPORT.AZ/ Ali Məhkəmədə Bakıda bacısını qətlə yetirən Elşad Davudovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.
Hadisə
18 Yanvar , 2019 20:43
Bakıda bacısını öldürən şəxsin kassasiya şikayəti təmin edilməyib

Bakı. 18 yanvar. REPORT.AZ/ Ali Məhkəmədə Bakıda bacısını qətlə yetirən Elşad Davudovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E.Davudovun kassasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bakının Nizami rayonu ərazisində məskunlaşan məcburi köçkün, 1977-ci il təvəllüdlü Elşad Davudov bacısı, 1982-ci il təvəllüdlü Turanə Davudovanı yaşadığı evdə bıçaqlayaraq qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Davudov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində E.Davudovun apellyasiya şikayəti təmin olunmayıb, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi