Bakıda bacısını bıçaqlamaqda təqsirləndirilən Mərdan Qədimovun cinayət işi üzrə ibtidai istintaq yenidən yekunlaşıb.
"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı
Cinayət işi hakim Telman Hüseynovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötən il dekabrın 24-də Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib. Qəsəbə sakini, 60 yaşlı M.Qədimov aralarında yaranmış mübahisə zəminində bacısı, 1974-cü il təvəllüdlü Gülarə Nuriyevanı bıçaqlayıb. G.Nuriyeva xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub.
Hadisəni törədən M.Qədimov saxlanılıb.
Xatırladaq ki, ötən ay bu cinayət işinə Bakı
Vəsatət təmin edilib, cinayət işi prokurorluğa qaytarılıb.