Bakıda bacısını bıçaqlamaqda təqsirləndirilən şəxsin cinayət işi prokurorluğa qaytarılıb

Bakıda bacısını bıçaqlamaqda təqsirləndirilən şəxsin cinayət işi prokurorluğa qaytarılıb Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını bıçaqlamaqda təqsirləndirilən Mərdan Qədimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
22 Aprel , 2019 10:27
Bakıda bacısını bıçaqlamaqda təqsirləndirilən şəxsin cinayət işi prokurorluğa qaytarılıb
Report

Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını bıçaqlamaqda təqsirləndirilən Mərdan Qədimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən M.Qədimov vəsatət qaldırıb. O, istintaq dövründə müdafiə hüququnun pozulduğunu bildirib və cinayət işinin yenidən prokurorluğa qaytarılmasını istəyib.

Vəsatət təmin edilib, cinayət işi prokurorluğa qaytarılıb.

Qeyd edək ki, hadisə ötən il dekabrın 24-də Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib. Qəsəbə sakini, 60 yaşlı M.Qədimov aralarında yaranmış mübahisə zəminində bacısı, 1974-cü il təvəllüdlü Gülarə Nuriyevanı bıçaqlayıb. G. Nuriyeva xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən M. Qədimov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi