Bakıda bacısını bıçaqlamaqda təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakıda bacısını bıçaqlamaqda təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib Bakıda bacısını bıçaqlamaqda təqsirləndirilən Mərdan Qədimovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Hadisə
3 aprel 2019 05:32
Bakıda bacısını bıçaqlamaqda təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakıda bacısını bıçaqlamaqda təqsirləndirilən Mərdan Qədimovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Telman Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən il dekabrın 24-də Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib. Qəsəbə sakini, 60 yaşlı M.Qədimov aralarında yaranmış mübahisə zəminində bacısı, 1974-cü il təvəllüdlü Gülarə Nuriyevanı bıçaqlayıb. G. Nuriyeva xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən M. Qədimov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi