Bakıda bacısına görə tanışını bıçaqlayan şəxsə hökm oxunub

Bakıda bacısına görə tanışını bıçaqlayan şəxsə hökm oxunub Məhkəmənin hökmü ilə Emin Cəfərovov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
1 Mart , 2017 12:27
Bakıda bacısına görə tanışını bıçaqlayan şəxsə hökm oxunub

Bakı. 1 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Emin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyununda Suraxanı rayonu Bülbülə qəsəbəsində baş verib. Qəsəbə sakini Emin Teymur oğlu Cəfərovun onunla eyni məhlədə yaşayan İsmət İslam oğlu Qəmbərovu bıçaqlayıb. Polis əməkdaşları xəstəxanaya gəldikdə isə hadisəni törətməkdə şübhəli bilinən E.Cəfərov da xəstəxanada olub. Sinə nahiyəsindən yaraladığı İsməti xəstəxanaya E.Cəfərov özü çatdırıb. Onun həyatını xilas etmək mümkün olub.

31-ci Polis Bölməsinə gətirilən E.Cəfərov tanışını qısqanclıq zəminində vurduğunu bildirib. İlkin istintaq zamanı o, 6 aydı ki, məhəllərində İ.Qəmbərovun bacısı ilə əl-ələ gəzməsi barədə söz-söhbətlərin gəzdiyini söyləyib. Söz-söhbətlərə son qoymaq istəyən E.Cəfərov İ.Qəmbərovla münasibətlərinə aydınlıq gətirmək qərarına gəlib. Dava zamanı o, tanışını bıçaqladığını deyib.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi