Bakıda qardaş bacısını bıçaqlayıb

Bakıda qardaş bacısını bıçaqlayıb Hadisə şəxsi münaqişə zəminində baş verib
Hadisə
14 Fevral , 2016 16:47
Bakıda qardaş bacısını bıçaqlayıb

Bakı. 14 fevral. REPORT.AZ/ Fevralın 13-də Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.

Axşam saat 19:00 radələrində Qurbanov Sabir Rüstəmoviç bacısı Elinanı şəxsi münaqişə zəminində bıçaqlayıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib. Sabir Qurbanov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi