Yuxarı

Bakıda azyaşlını vuran sürücü qaçıb

Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bakıda avtomobil azyaşlını vurub.

“Report” Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, hadisə sentyabrın 6-da saat 17 radələrində paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Naməlum sürücünün idarə etdiyi “Daewoo” markalı avtomobillə azyaşlı Milana Məhərrəmova vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi (RPİ) tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi