Bakıda azyaşlıların valideynləri tərəfindən işgəncələrə məruz qalması ilə bağlı araşdırmaları Baş prokuror xüsusi nəzarətə götürüb

Bakıda azyaşlıların valideynləri tərəfindən işgəncələrə məruz qalması ilə bağlı araşdırmaları Baş prokuror xüsusi nəzarətə götürüb Baş prokuror Zakir Qaralov Bakının Sabunçu rayonunda azyaşlıların valideynləri tərəfindən işgəncələrə məruz qalması barədə yayılan məlumatları nəzarətə götürüb.
Hadisə
9 Dekabr , 2019 16:30
Bakıda azyaşlıların valideynləri tərəfindən işgəncələrə məruz qalması ilə bağlı araşdırmaları Baş prokuror xüsusi nəzarətə götürüb
Report.az

Baş prokuror Zakir Qaralov Bakının Sabunçu rayonunda azyaşlıların valideynləri tərəfindən işgəncələrə məruz qalması barədə yayılan məlumatları nəzarətə götürüb.

"Report"un məlumatına görə, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov "Facebook" səhifəsində məlumat verib.

"Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları ilə əlaqədar yayılmış informasiyalar üzrə araşdırmanın aidiyyəti dövlət qurumlarının nümayəndələri cəlb edilməklə aparılması Bakı Şəhər Prokurorluğuna tapşırılıb.

Baş vermiş hadisə ilə bağlı araşdırmalar Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb", - E.Sultanov qeyd edib.

Son xəbərlər

Orphus sistemi