Bakıda azyaşlılara tütün məmulatları satan 3 mağaza satıcısı cərimələnib

Bakıda azyaşlılara tütün məmulatları satan 3 mağaza satıcısı cərimələnib Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
Hadisə
15 Noyabr , 2019 11:41
Bakıda azyaşlılara tütün məmulatları satan 3 mağaza satıcısı cərimələnib

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları faktları aşkar edilib.

Həmin mağazaların satıcıları - L.Zeynalzadə, İ.Həsənov və P.Mirzazədə barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi