Bakıda azyaşlı qızlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən şəxsə ağır cəza verilib

Bakıda azyaşlı qızlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən şəxsə ağır cəza verilib Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Amil Paşayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
28 Noyabr , 2018 11:10
Bakıda azyaşlı qızlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən şəxsə ağır cəza verilib

Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Amil Paşayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində ayrı-ayrı vaxtlarda iki qadına hücum edərək zərərçəkənlərin çantalarını soyğunçuluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən paytaxt sakini Amil Paşayev saxlanılıb.

Onun 2017-ci ilin dekabr ayından saxlanılan günə qədər Xətai rayonu ərazisində 4 azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi