Bakı. 29 iyun. REPORT.AZ/ Bakıda azyaşlı evin pəncərəsindən yıxılaraq ölüb.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Nazirlikdən bildirilib ki, iyunun 28-də Bakı şəhər sakini, azyaşlı İmran Quliyev Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən evin 3-cü mərtəbəsindən pəncərədən ehtiyatsızlıqdan yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.
Araşdırma aparılır.