Bakı. 20 iyul. REPORT.AZ/ Bakıda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.
“Report” DİN-ə istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
Burada yaşayan azyaşlı Murad Ağakişiyev mənzillərinin pəncərəsindən (5-ci mərtəbə) yıxılıb. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.
Faktla bağlı araşdırma aparılır.