Yuxarı

Azərbaycanda telekanal əməkdaşı qəza törədib - FOTO

Hadisə Səbail rayonunda baş verib

Bakı. 13 oktyabr. REPORT.AZ/ AZTV əməkdaşının idarə etdiyi avtomobil "London taksisi" ilə toqquşub.

"Report"un xəbərinə görə, hadisə Səbail rayonunda Mehdi Hüseyn küçəsində baş verib.

Məlumata görə, "Chery" markalı avtomobil yüksək sürətlə hərəkət edərkən yol kənarında dayanmış "London taksisi"nə çırpılıb.

Nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb.

Qeyd edək ki, "Chery" markalı avtomobili idarə edən şəxs AZTV-də sürücü vəzifəsində çalışır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi