Bakı. 11 sentyabr. REPORT.AZ/ Bakıda axtarışda olan şəxs tutulub.
"Report" Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Mirqasım Sadıqov Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Zirə qəsəbəsindəki evinə baxış zamanı nömrəsi silinmiş “İJ-16” markalı tüfəng və 8 ədəd patron, habelə həyətindəki istixanada kultivasiya yolu ilə yetişdirilmiş 1230 ədəd çətənə kolu və 530 qram marixuana aşkar edilərək götürülüb.