Bakıda axtarışda olan şəxs saxlanılıb

Bakıda axtarışda olan şəxs saxlanılıb Bakıda axtarışda olan şəxsdən külli miqdarda narkotik vasitə aşkarlanıb.
Hadisə
29 Noyabr , 2019 11:05
Bakıda axtarışda olan şəxs saxlanılıb

Bakıda axtarışda olan şəxsdən külli miqdarda narkotik vasitə aşkarlanıb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Səbail rayon ərazisində baş verib.

Belə ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan, 1977-ci il təvəllüdlü R.Cəfərov tutulub.

Onun üzərinə baxış keçirilən zaman 1,678 qram tiryək, 0,025 qram heroin, 0,102 qram metadon, 4 qram tramadol və 55 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi