Bakıda axtarışda olan şəxs saxlanılıb, evindən narkotik götürülüb

Bakıda axtarışda olan şəxs saxlanılıb, evindən narkotik götürülüb Bakı. 13 noyabr. REPORT.AZ/ Qanunsuz narkotik vasitə satdığına görə axtarışda olan şəxs saxlanılıb.
Hadisə
13 Noyabr , 2018 12:37
Bakıda axtarışda olan şəxs saxlanılıb, evindən narkotik götürülüb

Bakı. 13 noyabr. REPORT.AZ/ Qanunsuz narkotik vasitə satdığına görə axtarışda olan şəxs saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, Xəzər rayon Polis idarəsinin 2-ci polis şöbəsi və Salyan rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan və əvvəllər də eyni maddə ilə məhkum olunmuş Rizvan İbrahimov saxlanılıb.

Onun Binə qəsəbəsindəki evinə baxış zamanı isə 189,415 qram heroin, 4,497 qram tiryək, 9,899 qram marixuana və 37 ədəd metadon aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi