Bakıda axtarışda olan şəxs saxlanılıb

Bakıda axtarışda olan şəxs saxlanılıb Bakıda mağazadan tütün məmulatı və spirtli içki oğurlanıb.
Hadisə
30 oktyabr 2019 08:30
Bakıda axtarışda olan şəxs saxlanılıb

Bakıda mağazadan tütün məmulatı və spirtli içki oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də rayon ərazisindəki mağazaların birindən tütün məmulatı və spirtli içki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri T.Rəhimov və əvvəllər məhkum olunmuş S.Abasov saxlanılıb.

T.Rəhimovun ətrafında aparılan tədbirlərlə onun Cinayət Məcəlləsinin 177 (oğurluq) və 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə axtarışda olması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi