Bakıda axtarışda olan qadın və keçmiş məhkum tutulub

Bakıda axtarışda olan qadın və keçmiş məhkum tutulub Bakıda polis əməkdaşlarının çevikliyi və operativliyi ilə oğurluğa cəhd edən şəxslər saxlanılıblar.
Hadisə
21 Dekabr , 2019 12:06
Bakıda axtarışda olan qadın və keçmiş məhkum tutulub

Bakıda polis əməkdaşlarının çevikliyi və operativliyi ilə oğurluğa cəhd edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, dekabrın 20-si saat 16:00 radələrində Səbail rayonunun R.Rza küçəsindəki mağazaların birində oğurluğa cəhd göstərən 2 nəfər həmin ərazidə xidmət aparan DİN BİTİ-nin Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən tutulublar.

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə təhvil verilən şəxslərin paytaxt sakinləri - N.Həsənova və əvvəllər soyğunçuluğa görə məhkum olunmuş R.Seyidov olduqları müəyyən edilib.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla N.Həsənovanın Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da məlum olub.

Son xəbərlər

Orphus sistemi