Bakıda axtarışda olan ata və oğlu polisə təslim olublar

Bakıda axtarışda olan ata və oğlu polisə təslim olublar Bakı. 26 sentyabr. REPORT.AZ/ Adam öldürməyə cəhdə görə axtarışda olan ata və oğlu polisə təslim olublar.
Hadisə
26 Sentyabr , 2018 11:34
Bakıda  axtarışda olan ata və oğlu polisə təslim olublar
0 : 00
0 : 00

Bakı. 26 sentyabr. REPORT.AZ/ Adam öldürməyə cəhdə görə axtarışda olan ata və oğlu polisə təslim olublar.

Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış, eləcə də profilaktiki tədbirlər nəticəsində Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə axtarışda olan Ağdam rayon sakinləri Mübariz Əzimov və oğlu Ruslan könüllü olaraq Polis Bölməsinə gələrək istintaqa təslim olublar.

Son xəbərlər

Orphus sistemi